“Qarabağ”dan 21-ci əsrin rekordu

12:17 - 16 May 2022

“Qarabağ”dan 21-ci əsrin rekordu

“Qarabağ” klubu Azərbaycan Premyer Liqasında XXI əsrin rekorduna imza atıb.

 

Manset.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna “Səbail”ə 3:0 hesabı ilə qalib gəldikləri XXVII tur oyununda nail olub.

“Köhlən atlar” yerli çempionatda vurduğu qolların sayını 68-ə çatdırıb.

Bunadək “Xəzər Lənkəran” 2004/2005, “Qarabağ” 2013/2014 və 2015/2016 mövsümlərində 66 qol vurmuşdu. Ağdam klubu bu göstəricini iki top üstələyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az