"Səbail" "Sumqayıt"a uduzdu

21:29 - 21 May 2022

\"Səbail\" \"Sumqayıt\"a uduzdu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

Manşet.az xəbər verir ki, günün üçüncü matçında "Sumqayıt" "Səbail"i qəbul edib.

Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 4-cü dəqiqədə Anatoli Nuriyev, 35 və 42-ci dəqiqələrdə Əli Qurbani, 51-ci dəqiqədə Elvin Bədəlov, 86-cı dəqiqədə isə Vüqar Bəybalayev vurub.

Qeyd edək ki, günün ilk matçlarında "Zirə" "Şamaxı" ilə qolsuz heç-heçə edib. "Qəbələ" isə "Sabah"la bərabərə qalıb - 1:1.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az