“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri müəyyənləşdi

12:31 - 31 May 2022

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri müəyyənləşdi

Son mövsümü “qızıl dubl”la bitirən “Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Manset.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ağdamlıların ÇL-in ilkin təsnifat mərhələsindəki rəqibləri 13 fərqli ölkənin təmsilçilərindən biri olacaq:

“Linfild” (Şimali İrlandiya)
“Zrinski” ( Bosniya və Herseqovina)
“Şaxtyor Soliqorsk” (Belarus)
“Sutyeska” (Çernoqoriya)
“Klaksvik” (Farer adaları)
“Lex” (Polşa)
“Hibernians” (Malta)
“Tobol” (Qazaxıstan)
“Şkupi” (Makedoniya)
RFS (Latviya)
“Dinamo” (Batumi, Gürcüstan)
“Tirana” (Albaniya)
“Balkani” (Kosovo)

Püşkatma mərasimi iyunun 13-də, qarşılaşmalar isə iyulun 5-də və 12-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az