Azərbaycan millisi bu gün Millətlər Liqasının qrup mərhələsində 2-ci tur oyununa çıxacaq.
Manşet.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasının 3-cü qrupunda Belarusla üz-üzə gələcək. Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
İlk turda səfərdə Qazaxıstana uduzan (0:2) millimiz uzunmüddətli qələbəsizlik seriyasına son qoymağa çalışacaq.
Bu qrupun digər görüşündə Slovakiya Qazaxıstanı qəbul edəcək.
UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
22:45. Belarus - Azərbaycan
Baş hakim: Məhəmməd Əl-Hakim
Serbiya. Novi Sad “Karadjordje”.
***
Yığmalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
Belarus: 12 Pavlyuchenko (GK) 2 Nechaev 4 Khadarkevich 5 Malkevich 6 Politevich 7 Bykov 8 Shauchenka 11 Solovei 14C Yablonski 19 Bacharou 20 Volkov
Azərbaycan: 12 Magomedaliyev (GK) 3 Salahli 4 Mustafazade 5C Medvedev 6 Haghverdi 8 Makhmudov 9 Ren. Dadaşov 11 Sheydaev 14 Eddy 18 J. Huseynov 20 Richard Almeida