Azərbaycan Premyer Liqasında yeni mövsümün başlama vaxtı bəlli OLDU

21:21 - 08 İyun 2022

Azərbaycan Premyer Liqasında yeni mövsümün başlama vaxtı bəlli OLDU

Azərbaycan Premyer Liqasında yeni mövsümün başlama vaxtı bəlli olub.

Manşet.az xəbər verir ki, 2022/23 mövsümü avqustun 5-də start götürəcək. Turnirdə 10 komanda 4 dövrədə mübarizə aparacaq.

Yeni mövsümdə I divizionun da start vaxtı da bilinib. Burada mübarizə avqustun 24-də başlayacaq.

2022/23 mövsümündə komandalar oyunçuları yenə iki dəfə qeydiyyata sala biləcək.
Yay transfer pəncərəsi 10.06.2022 – 01.09.2022, qış transfer pəncərəsi 10.01.2023 – 09.02.2023 tarixlərini əhatə edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az