Futbol üzrə Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirir.
Manşet.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komandamız C Liqasının 3-cü qrupunda Slovakiya yığmasını qəbul edir.
Matçda ilk hissə başa çatdı. Hesab açılmayıb.
***
Azərbaycan və Slovakiya milli komandaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyunu başlayıb.
Manşet.az xəbər verir ki, "Dalğa Arena"dakı qarşılaşma saat 20:00-da start götürüb.
Matçı litvalı hakim Donatas Rumsas idarə edir.