"Qarabağ"ın sabiq qapıçısı klubunu dəyişdi

10:05 - 12 İyun 2022

\"Qarabağ\"ın sabiq qapıçısı klubunu dəyişdi

"Qarabağ"ın keçmiş qapıçısı Vaqner da Silva Portuqaliyada klubunu dəyişib.

Manset.az-ın məlumatına görə, "Nasyonal"dan ayrılan 36 yaşlı qolkiper "Torreense"yə keçib.

Braziliyalı oyunçu bir mövsüm bu komandanın formasını geyinəcək.

Qeyd edək ki, Vaqner da Silva 2018 - 2020-ci illərdə "Qarabağ"da çıxış edib. Təcrübəli qapıçı 2018/2019 mövsümündə "köhlən atlar"ın heyətində Azərbaycan çempionu olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az