Namiq Ələskərov "Bursaspor"la müqaviləni ləğv etdi

13:08 - 12 İyun 2022

Namiq Ələskərov \"Bursaspor\"la müqaviləni ləğv etdi

Türkiyənin "Bursaspor" klubu Azərbaycan millisinin futbolçusu Namik Ələskərovla yollarını rəsmən ayırıb.

Manset.az yerli mətbuata istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin müqaviləsi ləğv edilib.

Onun sözləşməsinin ləğvi Türkiyə Futbol Federasiyasında qeydə alınıb.

Qeyd edək ki, Namik Ələskərov "Bursaspor"la ötən ilin yayında 2+1 illik müqavilə imzalamışdı. "Timsahlar" II liqaya düşdüyündən və orada legionerlərin çıxışına icazə verilmədiyindən, əcnəbi oyunçularla yollar ayrılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az