İdmançılarımız Dünya kubokunda iki bürünc medal qazandı

19:41 - 13 İyun 2022

İdmançılarımız Dünya kubokunda iki bürünc medal qazandı

İyunun 9-dan 12-dək Xorvatiyanın Osiyek şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya kuboku keçirilib.

Manşet.az xəbər verir ki,  bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Yarışda ölkəmizi kişilər arasında yığma komandamızın üzvləri İvan Tixonov, Nikita Simonov və Mənsum Səfərov təmsil ediblər.

İdmançılarımızdan İvan Tixonov paralel qollarda bürünc medala layiq görülüb. Komandamızın digər üzvü Nikita Simonov isə halqa ilə hərəkətlərdə uğurla çıxış edərək fəxri kürsünün üçüncü pilləsində yer alıb. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az