Minifutbol üzrə növbəti Avropa çempionatı Azərbaycanda keçirilə bilər

21:22 - 15 İyun 2022

Minifutbol üzrə növbəti Avropa çempionatı Azərbaycanda keçirilə bilər

Minifutbol üzrə 2024-cü ilə Avropa çempionatı Azərbaycanda keçirilə bilər.

Manşet.az report-a istinadən xəbər verir ki, bu barədə milli komandanın baş məşqçisi Elşad Quliyev açıqlama verib.

O bildirib ki, artıq bu məsələ ilə bağlı rəsmi müraciət olunub: “Hələ Avropa çempionatından öncə təklifimizi irəli sürmüşük. Növbəti turniri Azərbaycana salmaq fikirləri var idi. Amma yeganə namizəd bizim ölkə deyil”.

Mütəxəssisin sözlərinə görə, 2024-cü il Avropa çempionatı Bakıda təşkil edilsə, yaxşı olar: “Azarkeşlərimiz orada necə səviyyəli futbolçuların çıxış etdiyini görərdi. Biz verilsə, sevinərdim. Çox möhtəşəm turnirdir”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az