Güləşçilərimiz Fransada 3 medal QAZANDI

23:01 - 02 İyul 2022

Güləşçilərimiz Fransada 3 medal QAZANDI

Fransanın Sen-Loran-dü-Var şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının 3-cü mərhələsi baş tutub.

Manşet.az xəbər verir ki, iyulun 1-2-də keçirilən yarışda ölkəmizi baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Həsənov (70 kq), Omid Kamaliaqdam (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil edib. Güləşçilərimizin üçü də turnirin bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, Dünya Seriyasının 4-cü mərhələsi iyulun 9-10-da Yunanıstanın Katerini şəhərində keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az