Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Manset.az kluba istinadən xəbər verir ki, paytaxt təmsilçisi ispaniyalı müdafiəçi Con İrasaballa anlaşıb.
26 yaşlı oyunçu ilə 1+2 illik müqavilə imzalanıb.
İrasabal karyerası ərzində İspaniyanın “Vitoria”, “Mirandes”, “Lexona” və “Amorebieta” klublarında çıxış edib.