"Neftçi" Belarus millisinin hücumçusunu transfer ETDİ

19:54 - 20 İyul 2022

\"Neftçi\" Belarus millisinin hücumçusunu transfer ETDİ

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Manşet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" Belarus millisinin hücumçusu Yeqor Boqomolskini transfer edib.

22 yaşlı forvardla imzalanmış müqavilənin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, son klubu Belarus "Minsk"i olan Yeqor Boqomolski bu mövsüm ölkə çempionatında keçirdiyi 15 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə verib. Futbolçu bu ildən yığmaya da dəvət alır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az