İngiltərə Premyer Liqasında azarkeşlərlə bağlı tədbirlər SƏRTLƏŞDİRİLDİ

20:03 - 25 İyul 2022

İngiltərə Premyer Liqasında azarkeşlərlə bağlı tədbirlər SƏRTLƏŞDİRİLDİ

Futbol üzrə İngiltərə Premyer Liqasının oyunlarında azarkeşlərin qanunsuz hərəkətlərinə qarşı tədbirlər sərtləşdirilib.

Manşet.az "Report"a istinadən xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası (FA), İngiltərə Premyer Liqası (EPL) və İngiltərə Futbol Liqası (EFL) bununla bağlı addımları dəstəkləyib.

2022/23 mövsümünün əvvəlindən klublar xuliqanlarla barədə polisə məlumat verəcəklər. Tələblərə əməl etməyən fanatların hətta həbs oluna biləcəyi bildirilib.

Stadionlarda azarkeşlərin üzərində qadağan olunmuş əşyaları axtarmaq üçün xüsusi itlərdən daha geniş istifadə olunacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az