Azərbaycanın üç cüdoçusu Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) gümüş medal qazanıb.
Cüdo Federasiyasından Manşet.az-a verilən məlumata görə, həlledici qarşılaşmalarda 60 kq çəki dərəcəsindəki Nurlan Kəriml niderlandlı Cokhem fan Hartenə, 48 kq-da mübarizə aparan Könül Əliyeva italiyalı İlariya Finestronenə, 55 kq çəki dərəcəsində yer alan Murad Əliyev isə gürcüstanlı Daviti Lomitaşviliyə məğlub olaraq gümüş medal qazanıb.
***
Azərbaycanın üç cüdoçusu Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) finala yüksəlib.
Manşet.az xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Könül Əliyeva yarımfinalda böyük britaniyalı Samə Şavı məğlub edib.
O, qızıl medal uğrunda görüşdə italiyalı İlariya Finestroneni sınağa çəkəcək.
55 kiloqram çəki dərəcəsində yer alan Murad Əliyev yarımfinalda türkiyəli Tuncay Türkmana qalib gələrək finala adlayıb. Onun həlledici qarşılaşmadakı rəqibi gürcüstanlı Daviti Lomitaşvili olacaq.
60 kiloqram çəki dərəcəsində yarışan Nurlan Kərimli isə finala gedən yolda almaniyalı Floriyan Bökkeri mübarizədən kənarlaşdırıb. O, qızıl medal görüşündə niderlandlı Cokhem fan Hartenlə qüvvəsini sınayacaq.
Final qarşılaşmaları Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycanı Avropa Gənclər Olimpiya Festivalında 12 cüdoçu təmsil edir.