Azarkeşlər “Qarabağ”ı coşqu ilə qarşıladı - FOTOLAR

21:54 - 28 İyul 2022

Azarkeşlər “Qarabağ”ı coşqu ilə qarşıladı - FOTOLAR

Ötən gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Sürix”i İsveçrədə mübarizədən kənarlaşdıran “Qarabağ” artıq vətənə qayıdıb.

Manset.az Qol.az istinadən xəbər verir ki, Ağdam təmsilçisi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında azarkeşlərin coşqusu ilə qarşılanıb.

Qeyd edək ki, ilk görüşdə Bakıda “Sürix”ə 3:2 hesabı ilə qalib gələn “Qarabağ” dünənki cavab oyununda 2:2 hesablı heç heçə edərək növbəti mərhələyə yüksəlib. Komandanın 3-cü təsnifat mərhələsində rəqibi Macarıstan “Ferentsvaroş”udur.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az