"Qəbələ" hesabda önə keçdi - YENİLƏNİR

22:01 - 28 İyul 2022

\"Qəbələ\" hesabda önə keçdi - YENİLƏNİR

"Qəbələ" komandası Macarıstan "Fehervar"ı arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda yenidən önə keçib.

Manset.az xəbər verir ki, 73-cü dəqiqədə yeni transfer Felipe Santos qapıçı ilə təkbətəkdən sonra fərqlənməyi bacarıb - 2:1.


***

"Qəbələ" və Macarıstan "Fehervar"ı arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

Manset.az xəbər verir ki, ilk yarıdan sonra hesab bərabərdir - 1:1.

34-cü dəqiqədə Rövlan Muradovun vurduğu qola 44-cü dəqiqədə Budu Zivzivadze cavab verib. 41-ci dəqiqədə isə "Fehervar"ın futbolçusu Loik Neqo penaltidən yararlana bilməyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az