Mahir Emreli bu mövsüm "Dinamo"nun heyətində ilk qolunu vurdu

08:32 - 30 İyul 2022

Mahir Emreli bu mövsüm \"Dinamo\"nun heyətində ilk qolunu vurdu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli bu mövsüm Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının heyətində ilk qolunu vurub.

Manset.az-ın məlumatına görə, 25 yaşlı hücumçu yerli çempionatda III turun "İstra 1961" ilə ev oyununda fərqlənib.

Meydana 81-ci dəqiqədə daxil olan Emreli cəmi 7 dəqiqə sonra matçda son nöqtəni qoyub - 4:1.

Bununla da ardıcıl 3-cü qələbəsini qazanan "Dinamo" 9 xalla vahid liderliyini davam etdirir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az