Şahmat Olimpiadası: Qadınlardan ibarət millimiz qalib gəldi, kişilərdən heç-heçə - FOTO

19:54 - 01 Avqust 2022

Şahmat Olimpiadası: Qadınlardan ibarət millimiz qalib gəldi, kişilərdən heç-heçə - FOTO

Kişilərdən və qadınlardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.

Manset.az Report-a istinadən xəbər verir ki, kişilərdən ibarət millimiz III turda Türkiyə seçməsi ilə sülhə razılaşıb - 2:2.

Şəhriyar Məmmədyarov və Rauf Məmmədov rəqibləri ilə heç-heçə ediblər. Millinin heyətində yeganə qələbəni Vasif Durarbəyli qazanıb. Qədir Hüseynov isə görüşdən məğlub ayrılıb.

Komanda ilk turda Əlcəzairi 4:0, II turda Filippini 3:1, III turda isə Argentinanı 2,5:0,5 hesabı ilə üstələyib.

Türkiyə – Azərbaycan - 2:2

Mustafa Yılmaz – Şəhriyar Məmmədyarov - 0,5:0,5

Əmrə Can – Rauf Məmmədov - 0,5:0,5

Vahap Sanal – Qədir Hüseynov - 1:0

Cəmil Can Ali Marandi – Vasif Durarbəyli - 0:1

Qadınlardan ibarət yığma isə III turda İsrail seçməsi ilə üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən milli komanda ardıcıl 4-cü qələbəsini qazanıb.

Günay Məmmədzadə və Gövhər Beydullayeva rəqibləri ilə heç-heçə ediblər. Xanım Balacayeva və Ülviyyə Fətəliyeva isə görüşlərini qalibiyyətlə başa vurublar.

Komanda ilk turda Birləşmiş Ərəb Əmirliklərini, ikinci turda Finlandiyanı 4:0, III turda isə Yunanıstanı 2,5:1,5 hesabı ilə üstələyib.

İsrail – Azərbaycan - 1:3

Marsel Yefroimski – Günay Məmmədzadə - 0,5:0,5

Dina Belenkaya – Xanım Balacayeva - 0:1

Maşa Klinova – Gövhər Beydullayeva - 0,5:0,5

Mixal Lahav – Ülviyyə Fətəliyeva - 0:1

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az