Əliyar Ağayev "Styau" "Dunayska Streda" oyununu idarə edəcək

11:44 - 07 Avqust 2022

Əliyar Ağayev  \"Styau\" \"Dunayska Streda\"  oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA yeni təyinat alıb.

Manset.az-ın məlumatına görə, 35 yaşlı baş hakim Rumıniyada "Styau" və Slovakiyanın "Dunayska Streda" komandası arasında keçiriləcək Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununu idarə edəcək.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma avqustun 11-də keçiriləcək. İlk matçda "Styau" 1:1 hesablı qələbə qazanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az