Türkiyə millisinin üzvü Fransa klubundan ayrılır

12:31 - 07 Avqust 2022

Türkiyə millisinin üzvü Fransa klubundan ayrılır

"Olimpik" (Marsel) futbolçusu Cengiz Ünderlə yollarını ayırmağa hazırlaşır.

Manset.az xəbər verir ki,  Marsel təmsilçisi yaxşı təklif gələcəyi təqdirdə türkiyəli oyunçunun gedişinə icazə verəcək. Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Xatırladaq ki, 25 yaşlı futbolçu ilə klubun baş məşqçisi İqor Tudor arasında münasibətlər korlanıb. Çalışdırıcı Türkiyə millisinin üzvünü əsas heyətdə oynatmaq fikrində deyil. Bu səbəbdən tərəflər arasında vəziyyət gərginləşib.

Cengiz Ünder 2021-ci ilin yayından çıxış etdiyi Liqa 1 təmsilçisində geridə qalan mövsüm bütün turnirlərdə 47 oyunda meydanda olub, 13 qol və 5 asisstlə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az