“Qarabağ”ın Macarıstana səfər planı AÇIQLANDI

15:05 - 07 Avqust 2022

“Qarabağ”ın Macarıstana səfər planı AÇIQLANDI

UEFA Çempionar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Macarıstanda “Ferentsvaroş”la qarşılaşacaq “Qarabağ”ın səfər planı bəlli olub.

Manset.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, “köhlən atlar” avqustun 8-də Budapeştə yollanacaq. Komanda saat 10:30-da Heydər Əliyev Beynəlxalq Aeroportundan Macarıstan paytaxtına uçacaq.

Həmin gün Bakı vaxtı ilə saat 20:40-da Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 21:00-da isə matçın keçiriləcəyi “Groupama Arena”da komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) gerçəkləşəcək.

Qeyd edək ki, avqustun 9-da oynanılacaq “Ferentsvaroş” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk matçda qalib müəyyənləşməyib - 1:1.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az