"Qarabağ"dan Macarıstandakı azarkeşlərə MÜRACİƏT

14:44 - 09 Avqust 2022

\"Qarabağ\"dan Macarıstandakı azarkeşlərə MÜRACİƏT

"Qarabağ" "Ferentsvaroş"a qarşı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl Macarıstandakı azarkeşlərinə müraciət edib.

 

Manset.az xəbər verir ki, komandanı dəstəkləmək istəyən fanatlar bu gün saat 18:00-dan 20:00-dək "Groupama Arena"da qonaq tərəfdarlar üçün ayrılmış E sektorunun giriş qapısından bilet ala bilərlər.

Biletin qiyməti 8 avrodur (2850 Macarıstan forinti).

Qeyd edək ki, bu gün “Groupama Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanı ispaniyalı FIFA referisi Karlos del Serro idarə edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az