“Qarabağ”-“Viktoriya” matçına 15 min bilet satıldı - İlk gün

22:33 - 14 Avqust 2022

“Qarabağ”-“Viktoriya” matçına 15 min bilet satıldı - İlk gün

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Viktoriya” (Çex Respublikası) matçına bilet satışı davam edir.

 

Manset.az xəbər verir ki, ilk gündə 15 min bilet satılıb. 

Biletlərin qiyməti müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manat təşkil edir.

Satış məntəqələri:

- Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);

- Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

- Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində satılır (11:00-22:00).

Qeyd edək ki, bu gün “Qarabağ”- “Viktoriya” matçına bilet almaq istəyən azarkeşlər problemlə üzləşmişdi. Buna səbəb biletin satışını təşkil edən "İticket" saytının çökməsi olmuşdu.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az