“Neftçi” “Kəpəz”i 5 qola qonaq etdi – YENİLƏNDİ + VİDEO

22:50 - 14 Avqust 2022

“Neftçi” “Kəpəz”i 5 qola qonaq etdi – YENİLƏNDİ + VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.

 

Manset.az xəbər verir ki, turun sonuncu oyununda “Neftçi” “Kəpəz”i qəbul edib.

“Bakcell Arena”dakı qarşılaşma paytaxt təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardıcıl ikinci qələbəsini qazanan “Neftçi” xallarının sayını 6-ya çatdırıb. Hər iki matçda uduzan “Kəpəz” isə xalsız qalıb.

Qeyd edək ki, günün digər görüşündə “Qəbələ” “Şamaxı”nı 3:1 hesabı ilə üstələyib.

Turun əvvəlki oyunlarında “Sabah” səfərdə “Zirə”ni 3:1, “Qarabağ” “Sumqayıt”ı 2:0, “Turan Tovuz” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib.

20:46

Azərbaycan Premyer Liqasında II tur davam edir.

Manset.az xəbər verir ki, günün ilk oyununda “Qəbələ” “Şamaxı”nı qəbul edib.

Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Ardıcıl 2-ci qələbəsini qazanan “Qəbələ” xallarını 6-ya çatdıraraq, 2-ci pilləyə yüksəlib. Lider “Sabah”la 3-cü sıradakı “Qarabağ” da eyni xala malikdir.

Xalı olmayan “Şamaxı” isə 8-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Sabah” səfərdə “Zirə”ni 3:1, “Qarabağ” “Sumqayıt”ı 2:0, “Turan Tovuz” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az