“Qarabağ” - “Viktoriya” oyununun hakimləri AÇIQLANDI

10:34 - 15 Avqust 2022

“Qarabağ” - “Viktoriya” oyununun hakimləri AÇIQLANDI

Bakıda “Qarabağ” və Çexiyanın “Viktoriya” (Plzen) komandası arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları açıqlanıb.

 

Manset.az xəbər verir ki, AFFA-nın rəsmi saytı xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Slavko Vinçicə Tomaz Klancnik və Andraj Kovacic laynsmanlar qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək.

VAR hakimləri Nejc Kajtazovic və Jure Praprotnik olacaqlar.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək “Qarabağ” – “Viktoriya” görüşü saat 20:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az