"Qalatasaray"da AYRILIQ

20:53 - 15 Avqust 2022

\"Qalatasaray\"da AYRILIQ

"Qalatasaray" futbolçusu ilə yollarını ayırıb. 

Manset.az xəbər verir ki, "Cim-Bom" futbolçusu Cesse Sekidika ilə vidalaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı vingerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 2019/2020 mövsümündə "Eskişehir"dən transfer edilən nigeriyalı oyunçu "Eyüpspor" və "Konyaspor" klublarında icarə əsasında çıxış edib. Sekidika sarı-qırımızı formada 19 matça çıxıb, 1 qol vurub


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az