"Viktoriya"nın futbolçusu: "Qarabağ"la oyunu səbirsizliklə gözləyirəm"

22:07 - 15 Avqust 2022

\"Viktoriya\"nın futbolçusu: \"Qarabağ\"la oyunu səbirsizliklə gözləyirəm\"

"Pley-off oyununu səbirsizliklə gözləyirəm. Çünki əvvəllər heç vaxt belə bir görüşün iştirakçısı olmamışam".

Manset.az report-a istinadən xəbər verir ki, bunu Çexiyanın "Viktoriya" (Plzen) komandasının futbolçusu Lukaş Kalvah Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçı barədə danışarkən deyib.

27 yaşlı yarımmüdafiəçi qarşıya qoyulan vəzifənin öhdəsindən gələcəklərinə inandığını bildirib: "Azarkeşlərimizlə birlikdə buna nail ola bilərik. Həqiqətən istədiyimiz və uğrunda mübarizə apardığımız böyük uğura iki görüş qaldı".

Qeyd edək ki, avqustun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az