Çempionlar Liqası: Mahir Emrelinin komandası "Çelsi"yə qalib gəlib

22:43 - 06 Sentyabr 2022

Çempionlar Liqası: Mahir Emrelinin komandası \"Çelsi\"yə qalib gəlib

UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

Manset.az report-a istinadən xəbər verir ki, bu günə nəzərdə tutulan 8 oyundan 2-si artıq başa çatıb.

E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiyada İngiltərə nəhəngi "Çelsi"ni sınağa çəkib. Meydan sahibləri rəqibini minimal hesabla məğlub etməklə turun ilk sensasiyasına imza atıb. Yeganə qolu 13-cü dəqiqədə Mislav Orşiç vurub. Emreli bu matçda ehtiyatda qalıb.

Digər oyun isə G qrupunda baş tutub. Dortmund "Borussiya"sı Almaniyada Danimarka "Kopenhagen"inə 3 cavabsız qolla qalib gəlib.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

6 sentyabr

E qrupu

20:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə) - 1:0

Qol: Mislav Orşiç, 13
23:00. "Zaltsburq" (Avstriya) - "Milan" (İtaliya)

G qrupu

20:45. "Borussiya" (Dortmund, Almaniya) - "Kopenhagen" (Danimarka) - 3:0

Qollar: Marko Roys, 35. Rafael Gerreyro, 42. Cud Bellingem, 83 - Rasmus Falk, 89
23:00. "Sevilya" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

Qeyd edək ki, gecənin digər 6 oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az