Nəriman Abbasov UFC-nin iddiaçılar turnirində uduzdu - VİDEO

07:41 - 07 Sentyabr 2022

Nəriman Abbasov UFC-nin iddiaçılar turnirində uduzdu - VİDEO

Azərbaycanın MMA idmançısı Nəriman Abbasov Las-Veqasda (ABŞ) "Dana White’s Contender Series" (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində ilk döyüşünə çıxıb.

Manset.az-ın məlumatına görə, 28 yaşlı idmançı debütünü braziliyalı İsmael Bonfimə qarşı keçirib.

Döyüş Bonfimin (30-27, 30-27, 29-28) qələbə ilə başa çatıb.

Beləliklə, Azərbaycanın 28 yaşlı təmsilçisi karyerasında dördüncü dəfə məğlubiyyətlə üzləşib. Bu qələbə onun rəqibi üçün MMA-da 17-ci (üç məğlubiyyət - red) olub.

Xatırladaq ki, Abbasov daha əvvəl “AMC Fight Nights” turnirində Marif Pirayevlə dueldə (30-5) yüngül çəki dərəcəsində çempion titulunu qoruyub. Azərbaycanlı döyüşçü texniki fasilə ilə qalib gəlib.

Döyüşçülər iyunun 10-da Moskvada keçirilən “AMC Fight Nights” 112 turnirinin birincisi olublar.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az