"Real Madrid"in məşhur futbolçusu bu səbəbdən oyundan kənarda qalacaq

20:38 - 07 Sentyabr 2022

\"Real Madrid\"in məşhur futbolçusu bu səbəbdən oyundan kənarda qalacaq

Şotlandiyada "Seltik"ə qarşı UEFA Çempionlar Liqasının F qrupunun ilk tur oyununda zədələnən İspaniya "Real Madrid"inin futbolçusu Kərim Benzemanın durumuna aydınlıq gəlib.

Manset.az "Marca"ya istinadən xəbər verir ki, dizindən xəsarət alan fransalı hücumçu təxminən 10 gün yaşıl meydanlardan kənarda qalacaq.

35 yaşlı forvardın zədəsi ciddi olmadığından o, sentyabrın 18-də Madrid "Atletiko"su ilə La Liqa matçında iştirak edə bilər.

Qeyd edək ki, Kərim Benzema "Seltik"ə 3:0 hesabı ilə qalib gəldikləri görüşün 30-cu dəqiqəsində Eden Azarla əvəzlənib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az