Çempionlar Liqası: Oyun günü darmadağınlarla başladı - VİDEO

22:43 - 07 Sentyabr 2022

Çempionlar Liqası: Oyun günü darmadağınlarla başladı - VİDEO

Bu gün UEFA Çempionlar Liqasında I tura yekun vurulacaq.

Manset.az xəbər verir ki, ikinci oyun günündə bütövlükdə 8 qarşılaşma keçiriləcək.

Onlardan bəziləri artıq başa çatıb.

A qrupunda “Ayaks” Niderlandda Şotlandiyanın “Reyncers” kollektivini qəbul edib. Qonaqları meydana çıxamağa peşman edən ev sahibləri şotlandların qapısından 4 cavabsız top keçiriblər - 4:0. 

D qrupunda isə Avropa Liqasının son qalibi olan “Ayntraxt” (Frankfurt) Almaniyada Portuqaliya “Sportinq”i ilə üz-üzə gəlib. Bu matçda da böyükhesablı qələbə qeydə alınıb. Lakin bu dəfə sevinən tərəf qonaqlar olub - 0:3.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

A qrupu

“Ayaks” (Niderland) – “Reyncers” (Şotlandiya) 4:0

D qrupu

“Ayntraxt” (Frankurt, Almaniya) – “Sportinq” (Portuqaliya) 0:3

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az