Türkiyənin "Qalatasaray" Futbol Klubu dünya ulduzunu transfer etməyə yaxındır.
Manset.az-ın əldə etdiyi məlumata görə, "Qalatasaray" hazırda Qətərin "AI-Rayyan" klubunda oynayan Xames Rodriqeslə danışıqlara başlayıb. CİM-BOM ilk olaraq oyunçunun aldığı 6 milyon avroluq maaşın 2 milyonunu qarşılayacağını bildirib. Al-Rayyan isə Qalatasarayın oyunçunun maaşının 3 milyonunu ödəməsində maraqlıdı.
CİM-BOM isə təklifi uyğun görür. Danışıqlar gedir, oyunçunun bir neçə günə İstanbula gələcəyi gözlənilir.
Manşet.az