UEFA Azərbaycanın 7 klubuna ödəniş etdi

16:53 - 06 Oktyabr 2022

UEFA Azərbaycanın 7 klubuna ödəniş etdi

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba ümumilikdə 519578 avro ödəniş edib.

 

Manset.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məbləğlər 2020/2021 mövsümündə həmin komandaların oyunçularının Millətlər Liqası turnirindəki iştirakına görə verilib.
Avropa futbol qurumundan ayrılmış müvafiq maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

"Qarabağ"a 157337 avro, "Sabah"a 106111 avro, "Sumqayıt"a 98793 avro, "Şamaxı"ya 73180 avro, "Neftçi"yə 58544 avro, "Zirə"yə 21954 avro, "Səbail"ə isə 3659 avro ödənilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az