Dünən gecə UEFA Avropa Liqasının qrup mərhələsində baş tutan "Qarabağ" - "Olimpiakos" matçında təmsilçimiz rəqibi 3-0 hesabı ilə darmadağın edib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, köhlən atların Yunanıstan klubu üzərində parlaq qələbəsi Türkiyə mətbuatında da geniş yer alıb.
Qeyd edək ki, "Qarabağ" G qrupunun III turunda "Georgios Karaiskakis" stadionunda baş tutan qarşılaşmada 3:0 hesablı qələbə qazanıb.
Həmin fotoları təqdim edirik: