Mahir Emreli “Legiya”ya olan borcunu ödədi

17:56 - 07 Oktyabr 2022

Mahir Emreli “Legiya”ya olan borcunu ödədi

Azərbaycan millisinin və Zaqrebin “Dinamo” klubunun hücumçusu Mahir Emreli Polşa “Legiya”sına olan borcunu ödəyib. 

 

Manset.az xəbər verir ki, bununla bağlı futbolpress.az saytı məlumat yayıb. 

Bildirilib ki, bununla da FIFA-nın M.Emrelinin futbol fəaliyyətinə qoyduğu qadağa aradan qaldırılıb.

Qeyd edək ki, FIFA “Legiya” qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün Mahir Emrelinin futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyub.

FİFA Futbol Tribunalı Emrelinin “Legiya”ya 100 min avrodan çox pul qaytarmalı olduğunu açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az