Premyer Liqa: “Zirə”yə qələbə üçün bir qol kifayət etdi - VİDEO

22:20 - 07 Oktyabr 2022

Premyer Liqa: “Zirə”yə qələbə üçün bir qol kifayət etdi - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, günün yeganə oyununda “Zirə” “Şamaxı”nı qəbul edib.

Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu Çantakias vurub. 

Bu nəticə ilə xallarının sayını 16-ya çatdıran paytaxt təmsilçisi 4-cü pilləyə yüksəlib. 2 xala malik “Şamaxı” isə sonuncu - 10-cu sıradadır.

Qeyd edək ki, IX turun “Səbail” - “Sumqayıt”, “Neftçi” - “Turan Tovuz” matçları oktyabrın 8-də, “Qəbələ” - “Qarabağ”, “Sabah” - “Kəpəz” görüşləri isə oktyabrın 9-da olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az