“Qarabağ”ın rəqibi qapıçısı ilə müqaviləni UZATDI

21:13 - 10 Oktyabr 2022

“Qarabağ”ın rəqibi qapıçısı ilə müqaviləni UZATDI

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniya “Frayburq”u qapıçısı Noa Atubolu ilə müqaviləni uzadıb.

 

Klubdan Manset.az-a verilən məlumata görə, 20 yaşlı qolkiperlə imzalanmış yeni sözləşmənin detalları açıqlanmayıb.

Almaniyalı çərçivə qoruyucusu ölkəsinin U-21 yığmasının da formasını geyinir.

Qeyd edək ki, “Qarabağ” G qrupundakı ilk oyununu Almaniyada “Frayburq”a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında VI tur matçı noyabrın 3-də Bakıda olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az