13 yaşlı azərbaycanlı Nataniel Almaniya millisində - VİDEO

10:06 - 11 Oktyabr 2022

13 yaşlı azərbaycanlı Nataniel Almaniya millisində - VİDEO

Nataniel İmranov 12 fevral 2009-cu ildə Almaniyanın Berlin şəhərində dünyaya göz açıb. 7 yaşından hokkeylə məşğul olub. Həmçinin futbolla da maraqlanıb və BSC klubunda oynayıb.

 

Manset.az xəbər verir ki, boks, sambo və güləşlə məşğul olduqdan sonra 11 yaşından etibarən MMA idman növündə özünü sınamağa başlayıb. Hazırda Almaniya millisinin üzvüdür və MMA üzrə bütün yarışlarda iştirak edir.

Nataniel İmranov qaydasız döyüşlərə qədər kikboksinq yarışlarında da iştiak edib və uğurlar qazanıb. Onun 48 kq çəki dərəcəsində əldə etdiyi qalibiyyətin görüntülərini təqdim edirik:


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az