“Qarabağ” “Turan Tovuz”u qəbul edəcək

09:36 - 20 Oktyabr 2022

“Qarabağ” “Turan Tovuz”u qəbul edəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XI tura start veriləcək.

 

Manset.az xəbər verir ki, günün yeganə matçında ölkə çempionu “Qarabağ” “Turan Tovuz”u qəbul edəcək.

“Azersun Arena”dakı qarşılaşma saat 19:00-da başlayacaq. Hazırda “Köhlən atlar” 27 xalla liderdir. Tovuz təmsilçisi isə 12 xalla 6-cı pillədə qərarlaşıb. Komandalar arasındakı III turdan təxirə salınmış görüş noyabrın 9-da olacaq.

Azərbaycan Premyer Liqası

XI tur

20 oktyabr (cümə axşamı)

19:00. “Qarabağ” – “Turan Tovuz”

Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Tural Qurbanov

AVAR: Cavanşir Yusifov

Hakim-inspektor: Gülağa Cabarov

“Azersun Arena”

Qeyd edək ki, XI turun “Qəbələ” – “Kəpəz”, “Sumqayıt” – “Zirə” oyunları oktyabrın 22-də, “Səbail” – “Şamaxı” və “Neftçi” – “Sabah” qarşılaşmaları isə oktyabrın 23-də olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az