Ronaldo oyun bitməmiş getdi - Növbəti qalmaqal

10:02 - 20 Oktyabr 2022

Ronaldo oyun bitməmiş getdi - Növbəti qalmaqal

“Mançester Yunayted”in ulduz futbolçusu Kriştianu Ronaldo növbəti qalmaqalla gündəmə gəlib.

 

Manset.az xəbər verir ki, portuqaliyalı oyunçu İngiltərə Premyer Liqasının 12-ci turunda “Tottenhem”ə 2:0 qalib gəldikləri oyun başa çatmamış stadionu tərk edib. 

O, meydana çıxmadığı üçün əsəbiləşərək paltardəyişmə otağına yollanıb. 

Qeyd edək ki, Ronaldo bundan əvvəl oktyabrın 2-i keçirilən “Mançester Siti” ilə matçda da (3:6) ehtiyat oyunçular skamyasında qalmışdı. Həmin vaxt Ten Haq Ronaldonun karyerasına hörmət etdiyi üçün onu hesabda geridə olduqları oyunda meydana buraxmadığını söyləmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az