Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin oyunlarına yekun vurulacaq.
Manset.az xəbər verir ki, keçiriləcək 8 matçla növbəti turda çıxış edəcək komandaların adına aydınlıq gələcək.
Günün mərkəzi görüşü İngiltərədə oynanılacaq. Turnirin favoritlərindən “Mançester Yunayted” “Old Trafford” stadionunda “Barselona”nı qəbul edəcək.
“Nou Kamp”da keçiriləcək ilk görüş 2:2 hesabı ilə başa çatmışdı.
Digər maraqlı görüş isə Fransada baş tutacaq. Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la eyni qrupda yer almış “Nant” “Yuventus”u qəbul edəcək.
Avropa Liqası
1/16 final
23 fevral
21:45. “Midtülland” (Danimarka) - “Sportinq” (Portuqaliya)
İlk oyun - 1:1
21:45. “Monako” (Fransa) - “Bayer” (Leverkuzen, Almaniya)
İlk oyun - 3:2
21:45. “Nant” (Fransa) - “Yuventus” (İtaliya)
İlk oyun - 1:1
21:45. PSV (Niderland) - “Sevilya” (İspaniya)
İlk oyun - 0:3
00:00. “Mançester Yunayted” (İngiltərə) - “Barselona” (İspaniya)
İlk oyun - 2:2
00:00. “Renn” (Fransa) - “Şaxtyor” (Donetsk, Ukrayna)
İlk oyun - 1:2
00:00. “Roma” (İtaliya) - “Zalsburq” (Avstriya)
İlk oyun - 0:1
00:00. “Union” (Berlin, Almaniya) - “Ayaks” (Niderland)
İlk oyun - 0:0