Konfrans Liqasında 1/8 finalın bütün iştirakçıları müəyyənləşdi

03:30 - 24 Fevral 2023

Konfrans Liqasında 1/8 finalın bütün iştirakçıları müəyyənləşdi

Bu gün Avropa Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulub.

 

Manset.az xəbər verir ki, 8 cavab qarşılaşmasının hamısı eyni gündə baş tutub.

Azərbaycan çempionu “Qarabağ” Belçikada “Gent”in qonağı olub. Ağdam təmsilçisi Bakıdakı ilk oyundan 1:0 hesablı qələbə ilə ayrılmışdı. Cavab görüşünün əsas vaxtı isə meydan sahiblərinin xeyrinə bitib. Əlavə vaxtda hesab dəyişməz qaldığından qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Gent” mərhələ adlayıb. “Qarabağ” isə mübarizəni dayandırıb.

Türkiyədə “Bazel”ə eyni hesabla qalib gələn “Trabzonspor” isə İsveçrədən sərfəli nəticə ilə qayıtmağa çalışıb. Lakin 2 cavabsız qolla uduzan trabzonlular da mübarizəni dayandırıblar.

Digər cütlərdə “Latsio”, AEK, “Şerif”, “Anderlext”, “Lex” və “Fiorentina” növbəti mərhələyə adlayan tərəf olub.

Avropa Konfrans Liqası
Pley-offun cavab oyunları
23 fevral

CFR Kluj (Rumıniya) – Latsio (İtaliya) 0:0
İlk oyun – 0:1

Dnepr-1 (Ukrayna) – AEK (Larnaka, Kipr) 0:0
İlk oyun – 0:1

Partizan (Serbiya) – Şerif (Moldova) 1:3
Qol: Meniq, 13 – Badolo, 22. M.Diop, 45+1; 47.
İlk oyun – 1:0

Anderlext (Belçika) – Ludoqorets (Bolqarıstan) 2:1 (penaltilər 3:0)
Qol: Russo, 13-öz qapısına. Versxaren, 68 – İ.Tyaqo, 71.
İlk oyun – 0:1

Gent (Belçika) – Qarabağ (Azərbaycan) 1:0 (penaltilər 5:3)Qol: G.V.Orban, 74.
İlk oyun – 0:1

Bazel (İsveçrə) – Trabzonspor (Türkiyə) 2:0
Qol: Amduni, 13. Zeqiri, 76.
İlk oyun – 0:1

Lex (Polşa) – Bodo Qlimt (Norveç) 1:0
Qol: İshak, 63.
İlk oyun – 0:0

Fiorentina (İtaliya) – Braqa (Portuqaliya) 3:2
Qol: Mandraqora, 37. Saponara, 58. Kabral, 83 – A.Kastro, 17. Djalo, 34.
İlk oyun – 4:0


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az