Əliyar Ağayevin təyinat aldığı oyun qəzaya görə təxirə salındı

20:53 - 01 Mart 2023

Əliyar Ağayevin təyinat aldığı oyun qəzaya görə təxirə salındı

Bu gün "Olimpiakos" və AEK komandaları arasında keçirilməli olan Yunanıstan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu təxirə salınıb.

 

Manset.az xəbər verir ki, buna Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzası səbəb olub. Sərnişin və yük qatarlarının toqquşması nəticəsində 36 nəfər həlak olub, 66 nəfər isə yaralanıb.

Hələlik qarşılaşmanın yeni tarixi açıqlanmayıb. İlk matçda AEK komandası 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Olimpiakos" - AEK oyununa Azərbaycanın FİFA referisi Əliyar Ağayev təyinat alıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az