“Barselona” Ronaldinyonun oğlu ilə müqavilə imzaladı

17:40 - 02 Mart 2023

“Barselona” Ronaldinyonun oğlu ilə müqavilə imzaladı

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo Qauçonun oğlu Joao Mendeş de Assis Moreyra karyerasını “Barselona”da davam etdirəcək.

 

Manset.az xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının yaydığı məlumata görə, tərəflər münasibətləri rəsmiləşdiriblər. 18 yaşlı forvardla ilyarımlıq müqavilə imzalanıb. Joao Mendeş “Barsa”nın U-19 komandasında çıxış edəcək.

Gənc oyunçu Braziliyanın “Kruzeyro” klubunun yetirməsidir.

“Barselona”nın əfsanəsi hesab edilən Ronaldinyo 2003-2008-ci illərdə komandanın formasını geyinib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az