Şahmat üzrə Dünya Kubokunda III mərhələnin tay-brek görüşləri keçirilir.
Manset.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Teymur Rəcəbov İspaniya təmsilçisi Hayme Santosla üz-üzə gəlib.
Ağ fiqurlarla ilk rapid oyununu uduzan qrossmeyesterimiz qaralarla heç-heçə edib və mübarizəni dayandırıb.
Rauf Məmmədov FIDE adından çıxış edən Yan Neponyaşiyə uduzub. O, hər iki partiyada rəqibindən zəif olub.