Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" bu gün İsveç kubokunda oyuna çıxıb
Manset.az Qol.aza istinadən xəbər verir ki, komanda 2-ci mərhələdə 1-ci divizionun lideri "Sandvikens"lə qarşılaşır. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayıb. M.Qurbanlı sözügedən görüş üçün start heyətdə yer alıb. O, 12-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub.
Bu, Musanın İsveç klubunda ilk qoludur.
Qeyd edək ki, qalib komanda növbəti mərhələyə yüksələcək.
23 avqust
20:00. "Sandvikens" - "Yurqorden" - 1:4 (İkinci hissə)
Qollar: Milleskoq, 10 (0:1), Musa Qurbanlı, 12 (0:2), İgbarumah, 31 (1:2), Danielson, 45-pen. (1:3), 66 (1:4)