“Fənərbağça” Xorvatiya millisinin üzvünü transfer etdi

12:47 - 24 Avqust 2023

“Fənərbağça” Xorvatiya millisinin üzvünü transfer etdi

Türkiyənin “Fənərbağça” klubu heyətinə yeni futbolçu cəlb edib.

 

Manset.az xəbər verir ki, İstanbul təmsilçisi Xorvatiya “Dinamo”sundan (Zaqreb) qapıçı Dominik Livakoviçi transfer edib. Məlumatı klubun saytı yayıb.

Bildirilib ki, 28 yaşlı qapıçının keçidi üçün Zaqreb təmsilçisi ilə razılıq əldə olunub. Xorvatiya millisinin üzvü bu gün tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq.

Qeyd edək ki, Dominik Livakoviç 2015-ci ildən “Dinamo”nun formasını geyinir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az