“Mançester Yunayted" onu icarəyə verdi

19:00 - 24 Avqust 2023

“Mançester Yunayted\" onu icarəyə verdi

“Mançester Yunayted”in müdafiəçisi Brendon Uilyamsı icarəyə verib.

 

Manset.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi 2023/2024 mövsümün icarə əsasında Çempionşip təmsilçisi “İpsviç"də keçirəcək. İcarə 2023/24 mövsümü üçün nəzərdə tutulub.

İnsayder Fabrizio Romanonun sözlərinə görə, "İpsviç" futbolçunu icarə müddəti bitdikdən sonra almaq hüququna malikdir.

Uilyams “Mançester Yunayted”in yetirməsidir. O, “qırmızı şeytanlar”ın əsas komandasında 51 oyuna çıxıb, 1 qol vurub və 3 qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az