Azərbaycan cüdoçusu dünya çempionu oldu

19:57 - 24 Avqust 2023

Azərbaycan cüdoçusu dünya çempionu oldu

Azərbaycanın yeniyetmə cüdoçusu Xədicə Qədəşova (52 kq) Xorvatiyada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

 

Manset.az xəbər verir ki, o, finalda fransalı Alisia Pulanja qalib gəlib.

Xədicə Azərbaycan tarixinin dünya çempionu olan ilk qadın cüdoçusudur.

Məhəmməd Musayev (60 kq) isə finalda uduzaraq gümüş medalla kifayətlənib.

Azərbaycan cüdoçuları ilk yarış günündə bir dəst medal əldə ediblər. 50 kq çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medala yiyələniblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az